"Neftçi"nin 3 illik aradan sonra Avropa səhnəsinə qayıdışı hər kəsi məyus etdi.
Əslində Minsk "Dinamo"su ilə görüşdə hər şey əla başlamışdı.
8-ci dəqiqədə komanda 2:0 öndə idi.
Amma bundan sonra yaşananlar bir faciə idi.
Ardıcıl 4 qol buraxan "ağ qaralar" ümidli azarkeşlərini məyus etdi.
Amma bu qədər ağır sonluğa rəğmən fanatlar yenə kollektivə sahib çıxdı.
Düzdü, final fitindən sonra sıravi azarkeşlər arenanı tərk etdisə, "Forza Neftçi"nin sadiq üzvləri ilə qapıçı Rza Cəfərov arasında söz atışması oldu.
Amma kapitanlar - Emil Balayev və Emin Mahmudov araya girərək gərginliyi azaltdı.
Ardınca bütün tribuna ooyunçuları yanına çağırıb dəstək oldular.
Aşağıdakı linkə daxil olaraq həmin anları izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

