De Bruyne ilə maraqlanan “Qalatasaray” təklif hazırlayır

18:40 Türkiyə 96
De Bruyne ilə maraqlanan “Qalatasaray” təklif hazırlayır

“Qalatasaray” “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi belçikalı futbolçunu heyətini gücləndirmək üçün ideal namizəd hesab edir və həm oyunçuya, həm də “Napoli”yə ciddi təklif hazırlayır.

Ancaq transferin reallaşması müəyyən çətinliklərlə üzləşə bilər.

Belə ki, Türkiyə klubunun yaşı müəyyən həddi keçən əcnəbi futbolçular üçün cəmi bir legioner yeri qalıb. Klub rəhbərliyi hazırda həmin yerdən ən səmərəli şəkildə necə istifadə edəcəyini dəyərləndirir.

“Qalatasaray” “Mançester Siti”nin sabiq yarımmüdafiəçisinə yüksək maaşla iki illik müqavilə təklif etməyə hazırlaşır. “Napoli” isə yalnız sərfəli maliyyə təklifi alacağı halda 35 yaşlı futbolçunun satışına razılıq verə bilər.

Tərəflər arasında mümkün transferlə bağlı vəziyyət yaxın günlərdə daha da dəqiqləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti