“Neftçi” çox təhlükəlidir, bu, bizə arxayınlıq verməməlidir”

01:00 Neftçi 63
“Neftçi” çox təhlükəlidir, bu, bizə arxayınlıq verməməlidir”

Minsk “Dinamo”sunun müdafiəçisi Qleb Qurban Belarus mətbuatına açıqlamasında UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı sağ cinah oyunçusu Bakıdakı ilk qarşılaşmada əldə edilən 4:2 hesablı qələbəyə aldanmayacaqlarını deyib.

Qurban bu dəfə daha ehtiyatlı olacaqlarını söyləyib: “Neftçi” ilk matçın startında göstərdi ki, çox təhlükəli komandadır.

Buna görə də nəticə bizə arxayınlıq verməməlidir. Çünki rəqib bundan istifadə edərək bizi cəzalandıra bilər.

Çox dramatik və dinamik matç oldu. Cavab qarşılaşmasında da eyni gərginlik olacaq. Məqsədimiz bu üstünlüyü qorumaq və mərhələ adlamaqdır”.

Сavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!