Qurbanov qardaşları sədri komandanın sükanı arxasına gətirdi - SON DƏQİQƏ

14:00 I Divizion 141
Qurbanov qardaşları sədri komandanın sükanı arxasına gətirdi - SON DƏQİQƏ

I Liqada mübarizə aparan «Zaqatala»ya müvəqqəti baş məşqçi təyin olunub.

Dünən Rüstəm Məmmədovla vidalaşan «yaşıllar» sükanı Şaban Şirdanova tapşırıb.

Üç ildir İdarə Heyətinin sədri postunu tutan yerli futbol adamı bundan sonra iki işi eyni arada görəcək.

Bu da təsadüfi deyil. Şirdanov Zaqatala futbolunun canlı əfsanəsidir.

O, «Qarabağ»ın çalışdırıcısı Qurban Qurbanovun ilk məşqçisidir. Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov da hazırda «Zaqatala»nın rəhbərliyində yer alır - İdarə Heyətinin üzvüdür.

Komandanın Şaban Şirdanova tapşırılması Qurbanov qardaşlarının birgə qərarıdır. Onun vaxtilə rayonun futbol həyatı üçün gördüyü işləri nəzərə alaraq, belə seçim ediblər.

«Zaqatala»nı son 9 ildə Rüstəm Məmmədov çalışdırıb. O, geridə qalan müddətdə I Liqanın gümüş və bürünc medallarına yiyələnib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti