Azərbaycana gələn üçün 10 saatlıq... Bu, hava proqnozu deyil

20:20 Zirə 73
Azərbaycana gələn üçün 10 saatlıq... Bu, hava proqnozu deyil

Konfrans Liqasında mübarizə aparan “Zirə” növbıti oyunda “Payde” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Estoniyada baş tutan görüşdə “qartallar” 0:1 hesabı ilə uduzmuşdu.

İndi isə növbə “Payde”nindir. Rəqib Bakıya gəlir.

Necə?

Çarter yox, tranzit reysi ilə.

Paydenin eyniadlı təmsilçisi oyundan iki gün əvvəl öz şəhərindən paytaxt Tallinə olan təxminən 2 saatlıq məsafəni avtobusla qət edəcək.

Daha sonra təyyarə ilə İstanbula uçub, müəyyən qədər gözləyəcək və qardaş ölkədən Bakıya gəlmək üçün havaya qalxacaq.

“Zirə”nin rəqibi ümumilikdə təxminən 10 saat yolda olacaq.

Klub rəhbərliyi büdcəyə qənaət etmək üçün bu yolu seçib. Başqa cür desək, çarter reysinin təşkilinə vəsait tapılmayıb.

Vəziyyətin bu cür olması heç şübhəsiz “Zirə”nin işini asanlaşdıracaq. Rəqibin yol yorğunluğu, üstəgəl, zirəlilər üçün doğma meydan və azarkeş amili – hər bir halda yekun nəticədə özünü göstərməlidir.

İyulun 30-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti