“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu dəfə səfərdə meydana çıxacaq.
UEFA-nın qadağaı səbəbindən “Dinamo Minsk” ev oyunlarını Belarusda keçirə bilmir.
Odur ki, “ağ-qaralar” Bolqarıstana səfər etməli olacaq.
”Neftçi” vətəni oyundan bir gün əvvəl tərk edəcək.
İyulun 29-da, səhər saatlarında çarter reysi ilə yola düşəcək nümayəndə heyəti Bakıdan birbaşa Sofiyaya yollanacaq.
Günorta mənzil başına çatıb dincələcək komanda üzvləri axşam oyunöncəsi son məşqə çıxacaq.
Baş məşqçi Yuri Vernidubun mətbuat konfransı Bakı vaxtı ilə saat 20:30-da nəzərdə tutulub. Bundan yarım saat sonra isə son məşq baş tutacaq.
Paytaxt təmsilçisi Sofiyaya tam tərkibdə yollanacaq. Hətta ilk görüşdə zədələnən Emil Balayev də səfərə gedənlər arasında olacaq.
“Ağ-qaralar” matçdan dərhal sonra Bakıya qayıdacaq.
Komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə “Dinamo Minsk” 4:2 hesabı ilə qalib gəlmişdi.
İyulun 30-da “Beroe” stadionunda gerçəkləşəcək cavab duelinin start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

