“Real”ın yarımmüdafiəçisi Brahim Dias karyerasını İtaliyada davam etdirə bilər.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, “Yuventus” 26 yaşlı futbolçunun durumunu yaxından izləyir və onu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.
“Real”ın transfer bazarındakı fəallığı bu keçidin reallaşma ehtimalını artıra bilər. Belə ki, Madrid klubu “Leyptsiq”in vingeri Yan Diomande ilə danışıqlar aparır.
Bu transfer baş tutacağı təqdirdə, “kral klubu”nun hücum xəttində rəqabət daha da güclənəcək ki, bu da Brahim Diasın gələcəyinə təsir göstərə bilər.
Bununla belə, mərakeşli futbolçu daha əvvəl dəfələrlə Madriddə qalmaq və baş məşqçi Joze Mourinyonun layihəsinin bir parçası olmaq istədiyini bildirib.
Dias ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

