“Qvardiolanı milliнə gətirib dərhal uğur gözləmək olmaz”

18:20 İngiltərə 58
“Qvardiolanı milliнə gətirib dərhal uğur gözləmək olmaz”

İngiltərəli mütəxəssis Harri Rednapp İngiltərə Futbol Assosiasiyasını Pep Qvardiolanın milli komandaya mümkün təyinatı ilə bağlı tələsik qərar verməməyə çağırıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Hamı Qvardiolanı futbolda sehrli çubuq kimi görür. O, parlaq taktika mütəxəssisidir, amma onu milli komandaya gətirib dərhal uğur gözləmək olmaz.

Böyük turnirdə qalib gələcək gücdə komandamız var. Qvardiolanı xilaskar kimi görməyi dayandırmalı və hazırkı baş məşqçi Tomas Tuxeli tam dəstəkləməliyik”.

İngiltərə millisi 2026-cı il dünya çempionatını 3-cü yerin sahibi kimi başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti