Qapıçıların vaxt uzatmasına qarşı yeni qayda müəyyənləşdirildi

01:40 İngiltərə 61
Qapıçıların vaxt uzatmasına qarşı yeni qayda müəyyənləşdirildi

İngiltərə futbol liqaları qapıçıların zədə simulyasiyasının qarşısını almaq üçün yeni qayda tətbiq edəcək.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, qapıçıya fizioterapevtin müdaxiləsi lazım olarsa, onun komandası bir dəqiqə ərzində azlıqda oynayacaq.

Baş məşqçi 10 saniyə ərzində meydanı tərk edəcək futbolçunun adını bildirməlidir. Əks halda, kapitan oyundan kənara çıxarılacaq.

Qayda yalnız ciddi zədələrə – beyin silkələnməsi, qanaxma və digər ağır hallara, həmçinin, oyunun dayandırılmadığı epizodlara şamil edilməyəcək.

Eksperimentin nəticələri Beynəlxalq Futbol Assosiasiyası Şurası tərəfindən qiymətləndiriləcək. Qərar müsbət olacağı təqdirdə, yeni qayda 2027/28 mövsümündən etibarən bütün dünyada qüvvəyə minə bilər.

Bu təşəbbüsün irəli sürülməsinə səbəb olan hadisələrdən biri 2025-ci ilin noyabrında yaşanıb.

Həmin vaxt “Lids”in baş məşqçisi Daniel Farke “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı vaxt uzatmaq məqsədilə simulyasiyada ittiham etmişdi.

Həmin qarşılaşmada “Mançester Siti” Fil Fodenin əlavə vaxtda vurduğu qolla 3:2 hesablı qələbə qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!