"Neftçi" əvvəl razılaşdı, sonra qiməti aşağı saldı, sövdələşmə pozuldu

13:00 Neftçi 179
"Neftçi" əvvəl razılaşdı, sonra qiməti aşağı saldı, sövdələşmə pozuldu

Millinin müdafiəçisi Abdulla Rzayevin "Neftçi"yə keçidi son anda baş tutmayıb.

Təklif "ağ-qaralar"ın özündən gəlsə də, imtina də elə onlardan gəlib.

Belə ki, paytaxt təmsilçisi öncədən razılaşdığı sövdələşmə şərtlərini yerinə yetirməkdən boyun qaçırıb.

Həmin anlaşmaya əsasən, "Neftçi"Abdullanın müqavilə ilə məxsus olduğu "Sabah"a 30 min manat təzminat ödəməli idi.

24 yaşlı futbolçunun özünə isə 10 min maaş verməliydi. Bakılılar məvacibin miqdarını 7000 manata endirincə, danışıqlar pozulub.

Belə bir məqamda Rzayev də "Sabah"ın yeni müqavilə təklifindən imtina edib.

Onun bu qərarı təsadüfi deyil. 2022/23 mövsümündən davamlı olaraq digər elita təmsilçilərində icarədə çıxış edir.

Hər dəfə müqaviləsinin sonuna 1 il qalmış "bayquşlar"ın rəhbərliyi onu bir şərtlə digər klublara icarəyə verir - yeni 3 illik müqaviləyə qol çək və sonra get ("Kəpəz", "Araz Naxçıvan", "Turan Tovuz" və "Şamaxı").

Yığmamızın üzvü bu şərtlər altında karyerasını istədiyi istiqamətdə apara bilmir.

SPORTİNFO.AZ

"Neftçi"dən dəvət alan müdafiəçi son çempiona "YOX" dedi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti