Bu transfer üçün "Qarabağ"a növbəti dəfə müraciət etdilər

00:40 Qarabağ 95
Bu transfer üçün "Qarabağ"a növbəti dəfə müraciət etdilər

Türkiyə Superliqasına yeni vəsiqə qazanmış "Çorum" "Qarabağ"ın legioneri Marko Yankoviçi heyətinə qatmaqda israrlıdır.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 31 yaşlı monteneqrolu futbolçu üçün yenidən hərəkətə keçib.

Bir müddət əvvəl istədiyini ala bilməyən Türkiyə klubu Yankoviçin transferi üçün "Qarabağ"a növbəti dəfə müraciət edib.

Ağdam klubu türklərin ilk təklifini rədd etmişdi. Bu dəfə isə "Çorum" rəhbərliyi Markonun transferinə görə daha yüksək məbləğ təklif edəcək.

Marko Yankoviçin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!