Baş məşqçiyə əl qaldıran kapitanın yeni ünvanı nazirlik klubu oldu - VİDEO

16:00 I Divizion 86
Baş məşqçiyə əl qaldıran kapitanın yeni ünvanı nazirlik klubu oldu - VİDEO

«Səbail»in sabiq kapitanı Yusif Nəbiyev 4 aylıq aradan sonra özünə yeni komanda tapıb.

Müdafiəçi qarşıdakı mövsümü də I Liqada keçirəcək.

O, MOİK-lə anlaşıb. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacaq Müdafiə Nazirliyinin klubu sol cinah oyunçusu ilə 1 illik müqavilə imzalayıb.

Maraqlıdır ki, Nəbiyevin fevralın 26-dan bəri yaşıl sahələrdən uzaq düşməsinə səbəb olan hadisənin bir ucu elə ordu təmsilçisiylə bağlıdır.

Belə ki, onun formasını geyindiyi “Səbail” I Liqanın 15-ci turunda MOİK-lə keçirilən keçirilən görüşdə 0:1 hesabıyla uduzub. Yusif burada baş məşqçi Adil Şükürova etiraz edərək meydandan çıxmayıb, odur ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Şükürov qarşılaşmnın 60-cı dəqiqəsində kapitanı əvəzləmək istəmişdi. Tərəflər arasında gərginlik matçdan sonra da davam eləyib.

2023-cü ildən “Səbail”də forma geyinən müdafiəçi komandanın çalışdırıcısı ilə əlbəyaxa davaya çıxıb. Hadisə paltardəyişmə otağında qeydə alınıb.

Şükürov bir qədər əvvəl onun qərarıyla razılaşmayan Nəbiyevin yaxasından yapışıb, «sən hamının gözü qarşısında mənə qarşı hörmətsizlik elədin» deyib.

Baş məşqçinin əlindən çıxmaq istəyən kapitan çıxış yolu tapmayıb, hirsindən təpiklə onun sinəsinə zərbə endirib.
Şükürov zərbənin təsirindən arxasıüstə yıxılıb.

Bu zaman köməkçiləri hadisəyə qarışıb, Yusifin üzərinə yeriyib. Olayın böyüməsinin qarşısını digər futbolçular alıb.

SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti