“Neftçi”dən getdi, sarğını qoluna taxdı, Avropada diqqət çəkdi - VİDEO

28 İyul 23:40 Neftçi 177
“Neftçi”dən getdi, sarğını qoluna taxdı, Avropada diqqət çəkdi - VİDEO

Edvin Kuç üçün 2 illik “Neftçi” karyerası başa çatdı.

2024-cü ilin yayında Roman Qriqorçukun istəyi ilə komandaya cəlb olunan və 2026-cı ilə qədər sözləşmə imzalanan monteneqrolu yarımmüdafiəçi ilə müqavilənin müddəti uzadılmadı.

Azərbaycandan ayrılan Kuç çox düşünmədən əvvəlki klubuna –“Balkani”yə qayıtdı.

2019-2024-cü illər aralığında Albaniya təmsilçinin aparıcı simalarından olan təcrübəli futbolçu hazırda “Balkani”də ən yüksək ödənişli oyunçudur.

Bu azmış kimi, oktyabrda 33 yaşı tamam olacaq Edvinə kapitan sarğısı verilib.

“Neftçi”nin keçmiş “14 nömrə”si “Balkani”yə qayıdışını qolla qeyd edib.

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Connahs Quay Nomads”la səfərdəki qarşılaşma 0:0 hesabı ilə başa çatmışdı.

Albaniyada keçirilən dueldə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Oyunda qol pərdəsini Kuç açıb. Kapitan 20-ci dəqiqədə cinah ötürməsini dəqiq zərbə ilə yaxın küncə göndərib.

O, “Neftçi” formasında meydana çıxdığı 42 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!