“Fənərbaxça” “Milan”ın hücumçusu Rafael Leaonu transfer etmək niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi yaxın vaxtlarda “Milan” və futbolçunun nümayəndələri ilə görüş keçirəcək.
Türkiyə təmsilçisi portuqaliyalı vingerin transferi üçün rəsmi təklif hazırlayır.
Məlumata əsasən, “Fənərbaxça” 27 yaşlı futbolçunu birdəfəlik transfer etmək istəyir. Çünki “Milan” Leaonun icarəyə verilməsi variantını nəzərdən keçirmir.
Leaonun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. Onun transfer bazarındakı dəyəri 50 milyon avro qiymətləndirilir.

