"Azərbaycan və Türkiyə futbolu arasında fərq mövcuddur".
Sportinfo.az xəbər verir ki, bu fikir "Səbail"in məşqçisi Sebahettin Tekinə məxsusdur.
Bayıl klubunda işləyən mütəxəssis Azərbaycan və Türkiyə futbolu arasındakı fərqi belə izah edib:
"Məncə, əsas fərqlər komandaların oyunçularının sayı və maliyyə imkanlarıdır. Bununla belə, sponsorlar da Azərbaycan klublarına dəstək olurlar.
Bu sponsorların sayının artması Azərbaycanı tamam başqa səviyyəyə çıxaracaq. Zaman-zaman yerli klubların menecerləri və məşqçilərlə məsləhətlər paylaşıram.
Azərbaycanda Türkiyədə işləməyə qadir olan çoxlu futbolçu və məşqçi var
. Yaxın gələcəklə bağlı planlarım? Klubumdan razıyam.
Müqaviləm mövsümün sonuna qədərdir. Təbii ki, karyeramla bağlı planlarım var.
Amma addım-addım irəliləyirəm, gələcəkdə necə olacağını zaman göstərəcək".