İtaliya yığmasının oyunçusu Azərbaycan klubunu seçdi

30 İyul 08:50 Voleybol 1 628
İtaliya yığmasının oyunçusu Azərbaycan klubunu seçdi

"Ordu" voleybol klubu İvan Zaytsevi transfer edib.

Sportinfo.az xəbər verir ki, italiyalı legionerlə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Zaytsev İtaliya yığmasının heyətində Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

O, karyerası ərzində Avropa çempionatının gümüş və bürünc, Millətlər Liqasının, həmçinin CEV Çempionlar Liqasının mükafatçısı olub.

Təcrübəli voleybolçu dəfələrlə İtaliya çempionu və ölkə kubokunun sahibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM