Premyer Liqa ailəsinə döndü, hücumçu problemini yeni transferlə həll etdi - SON DƏQİQƏ

30 İyul 11:00 Hadisə 2 136
Premyer Liqa ailəsinə döndü, hücumçu problemini yeni transferlə həll etdi - SON DƏQİQƏ

Premyer Liqaya vəsiqə qazanmış «Şəfa» hücumçu problemini həll edib.

I Liqanın son çempionu ön xətdəki boşluğu yeni legionerlə doldurub.

Paytaxt təmsilçisi Luis Felipe ilə anlaşıb.

Braziliyalı forvardla 1 illik müqavilə imzalanıb. 25 yaşlı «sambaçı» son olaraq Albaniyada «Vora»nın formasını geyinib.

Zaur Həşimovu iyunda görəvə gətirmiş "Şəfa" ötən müddətdə bir xeyli transfer transfer çalışması həyata keçirib.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko (son klubu "Vintentur", İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) komandaya qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM