Hakimdən bezən legioner “od püskürdü”: “Federasiya haradadır?”

7 Fevral 20:40 Səbail 632
Hakimdən bezən legioner “od püskürdü”: “Federasiya haradadır?”

“Səbail”lə “Qarabağ” arasında keçirilən oyun dramatikliyi ilə yadda qaldı.

Cavid Cəlilov 90 dəqiqə qapılara 4 penalti təyin etdi ki, vurulan hər 3 qol 11 metrlik cərimə zərbəsindən sonra reallaşdı.

Cəlilovun verdiyi az qala bütün qərarlar “Səbail” cəbhəsində narazılıqla qarşılanırdı. Düzün, buna görə meydan sahiblərini başa düşmək olardı. Referi oxşar epizodlarda “Qarabağ” üçün bir, “Səbail”ə görə başqa qərar verirdi.

Ağdamlıların qapısına penalti təyin etmək üçün VAR monitoruna yaxınlaşanda da, “verim, verməyim” sualı ətrafında bir xeyli çək-çevir etdi. Aşkar penaltini görməzdən gəlmək istəyirdi, yoxsa başqa nəsə - istənilən halda yubanma “dənizçilər”i özündən çıxarırdı.

Həmin an hakimə yaxın olan Adi Mehremiç özünü saxlaya bilmədi. “Səbail”in müdafiəçisi üzünü xüsusi qonaqlar üçün tribunaya tutaraq orada əyləşənlərə “federasiya hardadır” sualını verdi.

O, bununla çempionatın keçirilməsinə və hakimlərin hazırlığına cavabdehlik daşıyan qurumun rəhbərliyinə səslənmək niyyəti güdürdü.

Komanda yoldaşları Mehremiçi sakitləşdirməyə çalışırdı ki, Cavid mərkəzi göstərdi və bununla da bosniyalının hirsi soyudu.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti