Oğluna sədd çəkə bilməyən baş məşqçi, doğrudanmı, düz yoldadır?

5 Fevral 14:20 Səbail 1 368
Oğluna sədd çəkə bilməyən baş məşqçi, doğrudanmı, düz yoldadır?

Yanvardan bəri «Səbail»də qanqaralıq hökm sürür.

Oğlu və köməkçisi Kərim Diniyevin klub daxilində etdiyi hərəkət Şahin Diniyevin olan-qalan hörmətini də aparıb.

Hadisənin motivi buradakılara bəllidir. Elə futbol ictimaiyyətinə, medianın əhəmiyyətli kəsiminə də.

Olan olub, amma keçən keçməyib. Məlum olayın tüstüsü çıxacaq hələ…

Yeni il ərəfəsində baş vermiş olay mövsümə yaxşı start vermiş «Səbail»i indi mən «nervi»si çəkilmiş dişə bənzədə bilmirəm.

Böyük fırtına öncəsi sakitlik necə olursa, «Səbail» də bu gün o vəziyyətdədir. Bu gün belədir, sabah belə olmayacaq.

Bunu təsadüfən qeyd etmədim. Kərimin hoqqası komandanı daxilən sarsıdıb. 2024-cü ilin geridə qalan 3 turunda qalibiyyətə yaxın gedə bilməməklərini mən başqa ikinci, üçüncü səbəblə əlaqələndirməzdim.

Nə oldusa, ondan sonra oldu və «Səbail» artıq sürətli enişə məhkumdur.

Həəə... Şahin Diniyev üz sarıdan «yarıyıb».

Hakimləri yanına aldığı halda, 9 mümkün xaldan 1-ni toplayan (onu da Fərid Hacıyevin sayəsində) baş məşqçi düz yolda olduqlarını söyləyirsə, day mən ona nə deyim…

Hansı düz yoldan danışır, görəsən?

O hadisədən sonra Kərimi hələ də öz korpusundan uzaqlaşdırmayıbsa, mətbuat konfranslarında məzəli açıqlamalar verməyə davam edirsə, budur, düz yol?

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti