Oyun günü ad gününə qarışdı, istədiyi olmadı: “İndiyə qədər heç vaxt...”

27 Noyabr 2023 23:40 Səbail 477
Oyun günü ad gününə qarışdı, istədiyi olmadı: “İndiyə qədər heç vaxt...”

“Komanda şəklində çox yaxşı mübarizə apardıq. Xüsusən də ikinci hissədə”.

“Səbail”in futbolçusu Süleyman Əhmədov Sportinfo.az-a açıqlamasında komandasının “Kəpəz”lə oyunu haqda danışıb.

Premyer Liqanın 14-cü turu çərçivəsində “ASCO Arena”da baş tutan qarşılaşmadan qol səsi çıxmadı.

Halbuki, futbol biliciləri ilk “3-lük”də qərarlaşan “dənizçilər”in autsayderlə matçda qələbə qazanacağı proqnozlaşdırırdı.

Oyun günü 24 yaşı tamam olan müdafiəçi qalib gələ bilməmələrində əsas səbəbi göstərib:

“Çox sayda qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Qalib gəlmək üçün qol vurmağımız mütləqdir.

Qol vursaydıq, nəticə fərqli ola bilərdi. İnşallah, növbəti matçlarda məhsuldarlığımızın davamını gətirərik”.

Süleymanın fikrincə, oyunun vaxtının 18.30-dan 14:00-a dəyişdirilməsinin də matçın nəticəsinə müəyyən təsiri olub:

“Vaxtın dəyişdirilməsinin hansısa mənada komandaya təsir etdiyini düşünürəm. İndiyə qədər heç vaxt bu saatda oynamamışdıq.

Hətta buna baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirib, çox sayda qol vəziyyətləri yaratdıq. Yenə deyirəm, başlıca səbəb ələ düşən imkanlardan istifadə etməməyimiz idi”.

“Səbail” qazandığı 1 xaldan sonra xalların sayını 22-yə yüksəldərək 3-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti