"Qarabağ"a qarşı açıq futbol oynamaq cinayətdir"

12 Noyabr 2023 23:10 Səbail 551
"Qarabağ"a qarşı açıq futbol oynamaq cinayətdir"

"Bu gün oyuna hücumçusuz başladıq. İstəyirdik ki, ilk dəqiqələrdə "Qarabağ"ın təzyiqinin qarşısında dayanaq, tez qol buraxmayaq. Qol tez oldu. Pedro Nuno epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Gözləmirdik ki, onlar meydana əsas heyəti ilə çıxacaq. "Qarabağ"In bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına çox çətindir. "Qarabağ"a qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər. Rotasiya etməyə imkan yox idi. İlk yarıya hücumçumuz çıxdıq. Ona görə ilk yarıda hücumda oyunumuzu tuta bilmədik. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadıq. İrəli baxmalıyıq. Qabaqda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 13-cü turunun "Qarabağ"la(3:1) oyunundan sonra deyib.

- Yusif Nəbiyev ən zəif oyununu oynadı. "Qarabağ" daha çox onun cinahından hücumlar edirdi. İkinci yarıda gözlənilirdi ki, o cinahı bağlayasız, amma olmadı...

- Düz buyurursuz. Amma futbolçunun yaxşı günü də olur, pis günü də. Süleyman Əhmədov meydana zədəli çıxmışdı. Cabir Əmirli əməliyyat olunub, yoxdur. Adil Nağıyev də zədəlidir. Müdafiədə itkilərimiz yetərincədir. Vüqar Həsənov əməliyyatdan yeni çıxıb. Axırda məcbur olub mərkəz müdafiəçisini o mövqedə oynamaq üçün buraxdıq. Halbuki, heç vaxt orada oynamayıb. Yusif də kiçik zədə və iynə ilə oynayırdı. Amma rotasiya etməyə, oyunu dəyişmək üçün heyətimiz yoxdur. Yadin Luqası hücumameyilli yarımmüdafiəçidir, ancaq onu sağ cinah müdafiəçisi kimi oynatdıq. Bunlar hamısı yoxluqdan və məcburiyyətdən idi. Zədəlilər qayıtdıqdan sonra daha məzmunlu və daha yaxşı "Səbail" görəcəyik.

- Ehtiyat qüvvənin olmaması sizə nə dərəcədə çətinlikr yaradır?

- Hazırkı durum budur. Komanda birdən-birə birinci yeri tuta bilməz. Bu zamanla olacaq. Hər üç, hər altı aydan bir baxacağıq ki, boşluqlarımız hardadır. "Səbail"in birdən-birə çempionluğa oynamasını heç kim başa düşməz. Büdcə var, ona uyğun elə hərəkət etməliyik. Pulumuz var deyə, hər şeydən istifadə etmək də düzgün deyil. Savadlı xərcləməliyik. Bizdən 10 nəfər milliyə dəvət edilir. Klub halında biz varıq, klub yaranır. Addım-addım bunları etməliyik. Rüfət Abdullazadə də əsas milliyə düşməyə yaxındır, U-21 yığmasında da təmsil olunuruq. Bu klubun təməlinin qurulması deməkdir. Əvəzedicidən əsas komandaya oyunçular gəlir. Yetişdirmək lazımdır. Bununla bərabər, nəticələr də olmalıdır. Heç kim kimi yetişdirməyinə qiymət verməyəcək. Amma biz vicdanla işləmək istəyirik. Qışda boşluq olan mövqeləri yerləri dolduracağıq.

- Komandanı mövsümün sonunda hansı pillədə görürsüz?

- Hansı cavabı versəm, düzgün olmaz. Futbol proqnozu sevməyən oyundur. Ancaq komandanın potensialı var. Bizim qarşımıza "altılığ"a düşmək vəzifəsi dayanıb. Ondan sonra nə qədər irəliləyə biləcəyik, gedəcəyik. "Səbail" futbol oynamağı bacaran komandadır. Potensiallı, istedadlı oyunçularımız çoxdur. Hər komanda ilə oyunda qol epizodu yarada bilirik. Yeganə komandayıq ki, 13 oyunun hər birində qol vururuq. Deyə bilərlər ki, çox da qol buraxırıq. Amma çoxluqla irəli gedirsənsə, qol da buraxacaqsan. Lakin prinsiplərimizdən əl çəkməyəcəyik. Çox qol buraxırıq deyə, dayanaq arxada, xeyr. Bu da olmayacaq. "Qarabağ"la matçda da irəli atıldıq, olsun 2:5, 3:6, 4:7, fərqi yoxdur. Bu oyun artıq itirilmişdi. "Qarabağ"ın bu heyətinə qarşı oynamaq Avropa komandaları üçün də çətindir. Potensialımız var, komanda yaxşı yerlərdən birini tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti