Paytaxt klubu kapitandan ŞAD XƏBƏR aldı

10 Mart 2023 22:20 Səbail 670
Paytaxt klubu kapitandan ŞAD XƏBƏR aldı

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyevin zədəsinə aydınlıq gəlib.

MRT müayinəsindən keçən kapitan sevindirici xəbər alıb.

Belə ki, həkimlər ona zədəsinin ciddi olmadığını bildirib.

Təcrübəli futbolçu bu tur “Qarabağ”la oyunu buraxacaq.

Çünki son bir həftəni kollektiv məşqlərdən uzaq olub.

Amma növbəti tura kimi tam hazır ola biləcək.

“Neftçi” ilə oyundan sonra məşqdə zədə alan 33 yaşlı oyunçu bu səbəbdən “Qəbələ” ilə oyunu buraxmalı olmuşdu.

Məşqlərdə iştirak etməyən Rahidin zədəsinin ciddi olması ehtimal edilirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu