Hansı klub bu legioneri Azərbaycan klubundan qoparmaq istəyir

9 Yanvar 2022 19:20 Səbail 2 045
Hansı klub bu legioneri Azərbaycan klubundan qoparmaq istəyir

"Səbail"in legioneri Yurgen Qoca komandadan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir.

Təcrübəli oyunçu ilə "Teuta" yaxından maraqlanır.

"Dənizçilər"lə cari mövsümün sonunadən müqaviləsi olan Qoca əməkdaşlığa qarşılıqlı razılıq əsasənda xitam verilməsi üçün danışıqları davam etdirir.

Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

Yurgen Qoca Azərbaycanda "Səbail"dən əvvəl "Qəbələ"nin də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti