Xaricdən təklif alan futbolçusu haqda dedi: "Hər elci gələnə şirin cay verməzlər"

8 Yanvar 2022 09:40 Səbail 1 020
Xaricdən təklif alan futbolçusu haqda dedi: "Hər elci gələnə şirin cay verməzlər"

"Olimpiakos Volos" "Səbail"in futbolçusu Turan Manafovun transferi ilə bağlı açıqlama yayıb.

Volos təmsilçisi 24 yaşlı cinah müdafiəçi ilə razılıq əldə olunduğunu və onun yaxın günlərdə Yunansıtana gələcəyini bildirib.

Qeyd olunub ki, Manafov tibbi müayinədən uğurla keçəcəyi halda, rəsmi müqavilə imzalanacaq.

Turan 2019-cu ildən "Səbail"də çıxış edir. İkinci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında bildirib ki, hazırda tərəflər arasında danışıqlar gedir:

"Turan bu gün gəlib dedi ki, Yunanıstandan ona təklif var. Ona hələ heç nə deməmişik. Hər elci gələnə şirin cay verməzlər.

Turan və klub ucun nə yaxşı olarsa, onu düşünüb qərar verəcəyik. Danışıqlar gedir, başqa heç nə deyə bilmərəm".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!