Azərbaycanlı futbolçu "Olimpiakos”a getməyib, Bayılda qalıb: “Yəqin ki, zarafat edirlər”

7 Yanvar 2022 13:40 Səbail 1 150
Azərbaycanlı futbolçu "Olimpiakos”a getməyib, Bayılda qalıb: “Yəqin ki, zarafat edirlər”

"Səbail"in futbolçusu Turan Manafovun karyerasını Yunanıstanda davam etdirəcəyi ilə bağlı bu gün xəbərlər yayılıb.

Yerli "Sportstonoto" nəşrinin iddiasına görə, "Olimpiakos Volos" 22 yaşlı cinah müdafiəçisini heyətinə qatıb.

Manafovun bu günlərdə Volos şəhərində olması gözlənilir. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

İkinci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 turdan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

“Dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında gənclər yığmasının sabiq üzvünün düşərgədə olduğunu bildirib:

“Yəqin ki, zarafat edirlər Turan komandadır, son məşqdə də iştirak edib.

Ona görə klubumuza heç bir təklif gəlməyib. Özü də nəsə deməyib. Turanla müqaviləni pozmaq fikrimiz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti