Pulları olmadı, AFFA buranı onlara havayı verdi - FOTO

7 Yanvar 2022 14:00 Səbail 1 242
Pulları olmadı, AFFA buranı onlara havayı verdi - FOTO

"Səbail" qış təlim-məşq toplanışına start verib. Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda hazırlığa "ASCO Arena"da başlayıb.

10 yanvar tarixindən etibarən isə məşqlər "Dalğa Arena"da davam etdiriləcək.

Bayıl təmsilçisi fasilə bitənədək Azərbaycandan kənara çıxmayacaq. "Dənizçilər" bu müddətdə respublikanın hüdudlarına, heç Bakının həndəvərinə də ayaq basa bilməyəcək.

Klub rəhbərliyi maliyyə çatışmazlığını əsas gətirərək, Antalya səfərinə "yox" deyib. "Dalğa Arena"da keçiriləcək təlim-məşq toplanışının xərcini isə AFFA çəkəcək.

"Səbail" 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. "Dənizçilər" ayın 14-də “Qarabağ-2” ilə qarşılaşacaq.

Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək "Səbail", ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq. Ayın 21-də isə MOİK-lə oyun nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı