"Rəhbərliyin məndən istəyi nədir? Deyiblər ki, nəsə düzəlt"

6 Yanvar 2022 16:20 Səbail 951
"Rəhbərliyin məndən istəyi nədir? Deyiblər ki, nəsə düzəlt"

«Səbail-2»nin yeni baş məşqçisinin kimliyi dəqiqləşib.

Ötən mövsümün sonunda «Keşlə»dən ayrılan Azər Bağırov Bayıl təmsilçisinin əvəzedici komandanın sükanı arxasına keçib.

«Pro» kateqoriyalı mütəxəssis Sportinfo.az-a açıqlamasında yanvarın 8-dən işinin icrasına başlayacağını bildirib:

«Rəhbərliklə görüşdük, müqavilə və maliyyə şərtlərini müzakirə etdik. Bilirəm ki, işimiz asan olmayacaq.

Nəticələrlə tanışam. Komanda Divizionda on iki tura 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. İki gün sonra məşqlərə başlamalıyıq.

Mən artıq hazırlıq planını tutmuşam, istəyirəm ki, təlim-məşq toplanışı keçək. Rəhbərlikdən xahiş etmişəm ki, bu şəraiti bizə yaratsınlar. Onların məndən istəyi nədir? Deyiblər ki, nəsə düzəlt.

Mən də döyüşkən və nəticə qazanmağı bacaran kollektiv qurmaq, əsas komandaya futbolçu vermək niyyətindəyəm.

Açığı, savadıma güvənirəm və inanıram ki, nə qədər çətin olsa da, mənə tapşırılan işin öhdəsindən gələcəm».

Digər Xəbərlər
Xəbər Lenti