“AFFA deyir, bizlik deyil, şirkət da deyir ki, bizim sizə verəcək pulumuz yoxdur”

5 Yanvar 2022 15:00 Səbail 1 421
“AFFA deyir, bizlik deyil, şirkət da deyir ki, bizim sizə verəcək pulumuz yoxdur”

“Səbail” 2022-ci ilə köhnə problemlərlə başlayıb.

Klub rəhbərliyi ötən ayın maaş borcunu ödəyə bilməyib.

Bayıl təmsilçisindən Sportinfo.az-a daxil olan informasiyaya görə, AFFA yığılıb qalan vəsaitin ödənilməsində məsuliyyəti öz üzərindən atıb.

Sitat: “Klubda vəziyyət çox pisdir. Bizlərə ancaq vədlər verilir. AFFA deyir, bizlik deyil, pulu ASCO verməlidir.

ASCO da deyir ki, bizim sizə verəcək pulumuz yoxdur.düşdüyümüz vəziyyət nə AFFA-nın, nə də ASCO-nun vecinədir.

Əlbəttə, onların pulu var, daha bizim kimi evimizə ərzağı borc pulla almırlar. Artıq 3-cü ay olacaq ki, maaşları vermirlər.

Səbəb nədir, nəyə görədir, bilmirik. Komandaya 4 legioner limiti qoyulub, maaşlar verilmir, ot örtüyü pis gündə…

Heç orada nəinki məşq etmək, gəzmək belə, düzgün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti