"Mən bu adda futbolçu tanımıram, bizə təklif olunmayıb".

3 Yanvar 2022 14:00 Səbail 1 251
"Mən bu adda futbolçu tanımıram, bizə təklif olunmayıb".

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev cari transfer çalışmaları barədə Sportinfo.az-a açıqlama verib.

Komandanı gücləndirmək üçün addımlar atmağın gərəkdiyini bildirən çalışdırıcı bu barədə rəhbərliklə söhbət etdiyini vurğulayıb.

Bununla belə, o, hələlik yeni simalarla anlaşmadıqlarını söyləyib.

Mətbuatda yayılan xəbərlərə görə, Tacikistan millisinin üzvü Şeriddin Boboyev Bayıl təmsilçisinə təklif olunub. 22 yaşlı forvard hazırda klubsuzdur.

182 sm boya malik hücumçunun son olaraq Malaziya təmsilçisi "Penanq"da çıxış edib. O, ötən mövsüm superliqada 22 qarşılaşmada 6 qol vurub, 4 ötürmə edib.

Şeriddin Tacikistan millisinin heyətində 22 görüşdə meydanda olub. Bu qarşılaşmalarda cəmi 2 qol vurmağı bacarıb.

Xəbərdə qeyd edilir ki, "Səbail" bu göstəricilərə malik futbolçu ilə "1+1" illik müqavilə imzalamaq istəyir.

Hacıyev onun barədə heç bir məlumata malik olmadığını söylədi: "Mən bu adda futbolçu tanımıram, bizə təklif olunmayıb".

Digər Xəbərlər
Xəbər Lenti