"Rəhbərliklə görüşdə biləcəm ki, bu klubda işləyəcəm, ya yox"

2 Yanvar 2022 17:00 Səbail 1 096
"Rəhbərliklə görüşdə biləcəm ki, bu klubda işləyəcəm, ya yox"

«Mənə həqiqətən belə bir təklif gəlib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında məşqçi Azər Bağırov deyib.

I Divizionda mübarizə aparan «Səbail-2»nin baş məşqçi postunda dəyişiklik olub. İki ay öncə «Sabah»a yollanmış Ruslan Qafitullini əvəzləyən Səbuhi Həsənov sükan arxasını tərk edib.

Əvəzedici komanda Azər Bağırova tapşırılıb, S.Həsənov isə ona köməkçi təyin olunub.

«Pro» kateqoriyalı mütəxəssis ötən ilin iyunundan bəri işsiz idi. O. son olaraq «Keşlə»də Sənan Qurbanovun korpusunda yer alıb:

«Bir-iki günə klub rəhbərliyi ilə görüşəcəm. Orada həm təklifə, həm şərtlərə baxacam.

Açığı, hələ rəsmiləşən nəsə yoxdur. Qarşıdakı görüşdə biləcəm ki, «Səbail»də işləyəcəm, ya yox».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!