"Vəziyyətimizi yaxşılaşdırmaq istəyiriksə..." - KAPİTAN ÇIXIŞ YOLU GÖSTƏRDİ

30 Dekabr 2021 14:00 Səbail 1 092
"Vəziyyətimizi yaxşılaşdırmaq istəyiriksə..." - KAPİTAN ÇIXIŞ YOLU GÖSTƏRDİ

"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportinfo.az-a açıqlama verib.

Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının arxada qalan 2 dövrəsini "Səbail" adına belə dəyərləndirib:

"Təbii ki, sonuncu pillədə olduğumuzu nəzərə alsaq, arxada qalan iki dövrəni komanda üçün uğurlu saymaq olmaz. Açığı, mövsümə yaxşı start vermişdik, amma sonra ardıcıl məğlubiyyətlər aldıq.

Bunun da səbəbləri çoxdur. Həm heyət geniş deyil, həm də mövsümün gedişində zədəli və cəzalı futbolçularımız çox oldu. Belədə də gördüyümüz çətinliklər yaranır".

Əmirquliyev qış fasiləsindən sonra komandanın toparlaması üçün heyətin genişlənməsinə vacib ehtiyac olduğunu qeyd edib:

"Düzdür yaxşı oynayıb, amma xal qazana bilmədiyimiz oyunlar da oldu. Ümumi götürəndə heç nəyi yaxşı kimi dəyərləndirmək olmaz.

Düşünürəm ki, fasilədən sonra vəziyyətimizi yaxşılaşdırmaq istəyiriksə, komandaya yeni oyunçular gəlməlidir. Ən azından 2-3 oyunçu lazımdır ki, heyətdə rəqabət də artsın. Bu, mənim şəxsi fikirlərimdir. Təbii ki, bu işlər rəhbərlik və baş məşqçinin səlahiyyətlərinə daxildir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti