"Burada olanlar getmək istəyir, başqalarıını gətirməyə də pul tapılmır"

30 Dekabr 2021 11:20 Səbail 1 458
"Burada olanlar getmək istəyir, başqalarıını gətirməyə də pul tapılmır"

«Bizdə çox da legioner yoxdur və seçim imkanlarımız məhduddur»

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Premyer Liqaınn ilk 2 dövrəsini 10 xalla bitirən Bayıl təmsilçisi eyni sayda məğlubiyyətə uğrayıb. Aktivinə 3 qələbə yaza bilən «dənizçilər» turnir cədvəlinin son pilləsində məskunlaşıb.

Qış fasiləsi ən çox onlara lazımdır. Məhz bu səbəbdən – heyəti gücləndirmək və daha yaxşı hazırlıq keçmək üçün. Deyilənlərin olması da pula bağlıdır.

O varsa, yaxud olacaqsa, hər şey düzələcək. Amma Hacıyevin dediyinə görə, maliyyə vəziyyətinin yaxşılaşması, yəni büdcə artımı gözlənilmir:

«Cəmi 4 legionerimiz var. Onlardan da Yurgen Qoxanın şəxsi problemləri mövcuddur. Albaniyaya qayıtmaq istədiyini bilirik. Ancaq müqaviləsi var, getməsinə tərəfdar deyilik.

Gərək birinci öz futbolçularının maddi şərtlərini vaxtında yerinə yetirəsən ki, sonra da başqalarına dəvət göndərəsən.

Bizə həmçinin yerli futbolçular lazımdır. Kasad heyətlə nə etmək mümkündürsə, onu da görürsüz.

Klub rəhbərliklə bu haqda söhbət etmişəm. Görək, nə olur».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti