Qocalar getsin, 2 legioner gəlsin – Premyer Liqanın autsayderi

24 Dekabr 2021 09:40 Səbail 2 098
Qocalar getsin, 2 legioner gəlsin – Premyer Liqanın autsayderi

«Səbail»in baş məşqçisi Aftandil Hacıyev klub idarəçiləri ilə görüşüb.

Gənc mütəxəssis mövsümün ilk iki dövrəsi ilə bağlı hesabat verib.

Bayıl təmsilçisi 14 tura 10 xal toplayıb. Hacıyev turnir cədvəlinin son pilləsində yer alan komandada islahatlar aparmaq vaxtının çatdığını bildirib.

O, yaşlı futbolçuların kollektivə kömək etmək gücündə olmadığını, bu üzdən, onların bir neçəsini düşərgədən göndərmək istədiyini bildirib.

Çalışdırıcı yola salacaqları oyunçuların əvəzinə 2 legioner gətirməyin gərəkdiyini söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti