"Səbail"də əcnəbi futbolçu ayrılığı gerçəkləşə bilər.
Belə ki, yayda komandaya qoşulan Nikolas Raysel paytaxt klubundan ayrılmaq haqqında düşünür.
Fransalını buna vadar edən müxtəlif səbəblər var. Məsələn, maaşların vaxtında verilməməsi, komandanın autsayder olması kimi.
Forvardın ən böyük ümidi "Səbail"lə bağlı bəzi layihələrin mətbuatda müzakirə olunmasıdır. 28 yaşlı hücumçu yalnız o halda özünü Bayıl təmsilçisinə xoşbəxt hiss edəcəyini düşünür.
Xatırladaq ki, Raysel yayda "Qəbələ"dən "Səbail"ə keçmişdi. O, bu müddətdə 7 görüşdə meydana çıxıb və cəmi 2 qol vurmağı bacarıb.
SPORTİNFO.AZ

