Klub rəhbərliyi AFFA-ya çağırıldı – Baş məşqçi istefaya göndərilir?

21 Dekabr 2021 14:40 Səbail 2 598
Klub rəhbərliyi AFFA-ya çağırıldı – Baş məşqçi istefaya göndərilir?

AFFA və “Səbail” rəsmiləri arasında görüş nəzərdə tutulub.

Toplantı federasiyanın inzibatı binasında keçiriləcək.

Burada klubun vəziyyəti geniş müzakirə olunacaq. Icraçı direktor Fərəc Əliyev qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun qəbulunda hesabat verəcək.

AFFA «Səbail» qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmir. Bu mövsümdən tam şəkildə federasiyanın nəzarəti altına keçən Bayıl klubu ödənişləri vaxtlı-vaxtında ala bilmir.

Qurum bugünlərdə «dənizçilər»ə 1 ayın maaşını ödəyib, elə bu da ciddi narazılıq yaradıb. Çünki onların gözünə yenə yolda qalıb – bəs 2 ayın pulunu nə vaxt alacaqlar?

Bunu isə AFFA-dan bildirən yoxdur. Halbuki Elxan Məmmədov başqa vəd vermişdi.

Fərəc Əliyevlə görüşən federasiyanın başçısı bildirmişdi ki, maliyyə təminatı sabitləşəcək, gecikmələr olmayacaq.

İndi bu problemlərlə yanaşı, baş məşqçi məsələsi də mükazirəyə çıxarılacaq.

AFFA-yə yaxın mənbələr rəhbərliyin AFtandil Hacıyevin fəaliyyətindən narazı olduğunu və onu istefaya göndərməyə hazırlaşdığını iddia edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti