AFFA bu boyda işi görməyi öz şirkətinə həvalə etdi

18 Dekabr 2021 14:00 Səbail 1 256
AFFA bu boyda işi görməyi öz şirkətinə həvalə etdi

Bilindiyi kimi, AFFA "Səbail"in ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış 105mX68m ölçülü ot örtüyünü dəyişdirəcək.

Milli assosiasiya bununla bağlı elan etdiyi tenderə dekabrın 10-da yekun vurulub.

Qəsəbədə yerləşən arenanın qazonuna “əl gəzdirmək” “Agrosport”a tapşırılıb. Bu şirkət isə AFFA rəhbərliyinə yaxınlığı ilə bilinir.

Yəni, federasiya öz kurasiyasındakı şirkəti irəli çəkməklə, elan olunan tenderin gözdən pərdə asmaq mahiyyəti daşıdığını ortaya qoyub.

Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.

Bayıl stadionunda ot örtüyünün hazırkı durumu Azərbaycan Premyer Liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Onlar etirazlarını vaxtaşırı dilə gətiriblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti