Premyer Liqa klubunun məşqçisi hər məlumatı sosial şəbəkədən alır

16 Dekabr 2021 19:50 Səbail 1 417
Premyer Liqa klubunun məşqçisi hər məlumatı sosial şəbəkədən alır

"Səbail" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Sabah"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşamdan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in məşqçisi Vüqar Məmməd jurnalistlərin suallarını cavablandırıb:

- İlk qolu buraxdıqdan sonra toparlanmaq bizim üçün çətin oldu. İstəyirdik ki, fasiləyə yaxşı əhval-ruhiyyə ilə gedək. İlk qoldan sonra sistemi dəyişdik. Oyunun gedişatında üstünlüyü əla almaq üçün çox çalışdıq. Təəssüf ki, 2-ci hissə başlayanda gözlənilmədən qol buraxdıq. 0:2-dən sonra nə qədər cəhd etsək də, oyunu dəyişə bilmədik. "Sabah" fiziki baxımdan çox yaxşı komandadır, həm də yüksəlişdədirlər. İtkilərimiz də var idi. Ona görə də çətin oldu.

- Sosial şəbəkələrdə Rahid Əmirquliyevin Kamran Ağayevi məşqə dəvət etməsi ilə bağlı foto yayılmışdı. Bununla bağlı nə deyə bilərsiz?

- Orada iki futbolçu bir-biri ilə zarafat edib. Amma bu gün bildiyiniz kimi Kamran Ağayev zədəlidir. Ona görə oyuna hazırlaşa bilmədi. Sosial şəbəkədə oyunçular bir-biri ilə zarafatlaşa bilər.

Qış fasiləsində komandada rəhbərlik və baş məşqçi dəyişikliyi olacağı ilə bağlı iddialar var. Siz bu haqda məlumatlısız?

- Biz də bunu sosial şəbəkədən eşitmişik. Bu barədə bizə heç nə deyilməyib. Amma rəhbərliklə danışığımız olub ki, son oyundan sonra qış fasiləsindəki planlarımızla, yeni transferlərlə müzakirə edək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti