"Sabah" yaxşı komandadır, amma biz də..." - Mirsahib Abbasov

16 Dekabr 2021 13:40 Səbail 774
"Sabah" yaxşı komandadır, amma biz də..." - Mirsahib Abbasov

"Sabah"la çətin oyunumuz olacağını düşünürəm. Çünki rəqib son oyunlarda yaxşı çıxış edir".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"la oyun haqqında danışan "Səbail"in hücumçusu Mirsahib Abbasov deyib.

28 yaşlı forvard istənilən halda meydana qələbə üçün çıxacaqlarını bildirib: "Ümumiyyətlə, "Sabah" yaxşı komandadır. Amma komanda olaraq istəyimiz, məqsədimiz qələbə qazanmaqdır. Bu gün qalib gəlmək üçün meydana çıxacağıq".

Son oyunlar Mirsahib Bayıl təmsiçisinin heyətində oyunu ilə yaxşı mənada fərqlənməyi bacaran simalardandır.

Ölkə kubokunda "Zaqatala"nın qapısından iki qol keçirən, ötən tur "Keşlə" ilə matçda önəmli asistlə yadda qalan Mirsahib uğurlu çıxışını davam etdirməyə çalışacağını sözlərinə əlavə edib: "

Öz oyunum haqqında yaxşı danışmağı sevmirəm. Əksinə hər zaman pis cəhətlərimi düşünüb, nöqsanları aradan qaldırmağa çalışıram.

Amma kənardan son oyunlar fərqləndiyim görünürsə, bu, mənim üçün xoşdur. Əlimdən gələni edəcəm ki, bundan sonra daha yaxşı və stabil çıxış edim".

"Səbail" - "Sabah" qarşılaşması bu gün, saat 16:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti