AFFA «Səbail» qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmir.
Bu mövsümdən tam şəkildə federasiyanın nəzarəti altına keçən Bayıl klubu ödənişləri vaxtlı-vaxtında ala bilmir.
Qurum bugünlərdə «dənizçilər»ə 1 ayın maaşını ödəyib, elə bu da ciddi narazılıq yaradıb. Çünki onların gözünə yenə yolda qalıb – bəs 2 ayın pulunu nə vaxt alacaqlar?
Bunu isə AFFA-dan bildirən yoxdur. Halbuki AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov başqa vəd vermişdi.
Klubun idman direktoru Fərəc Əliyevlə görüşən federasiyanın başçısı bildirmişdi ki, maliyyə təminatı sabitləşəcək, gecikmələr olmayacaq.
İndi isə o, problemi həll etməməsinin səbəbini demir, qarşı tərəflə müzakirələrdən yayınır.
SPORTİNFO.AZ

