"Zaqatalaya gələndə bilirsən ki, səfərdəsən" - Əfran İsmayılov

11 Dekabr 2021 23:20 Səbail 1 128
"Zaqatalaya gələndə bilirsən ki, səfərdəsən" - Əfran İsmayılov

"Ağır və çətin səfər idi".

Bunu Sportinfo.az-a açıqlamasında ölkə kubokunun 1/8 final mərhələsində "Zaqatala" ilə qarşılaşan "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Təcrübəli yarımmüdafiəçi çətin və ağır səfər olmasına rəğmən, uzun müddətdən sonra Zaqatalada oynamağın xoş olduğunu bildirib: "Uzaq yol getdik. Amma bölgə klublarının olması yaxşıdır. Azarkeşlər əla ab-hava yaradır. Bilirsən ki, səfərə getmisən. Premyer Liqada da bölgə klubları olsa, rəqabət də artar".

İsmayılov rəqibin layiqli mübarizəsi ilə qarşılaşdıqlarını sözlərinə əlavə edib: "Birinci Divizon komandası olmasına rəğmən gərgin matç oldu. Başabaş mübarizə getdi. Sadəcə sonda təcrübə öz sözünü dedi. Çətin də olsa, şükür ki, turu keçən tərəf olduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti