Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, günün ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" I Divizionda çıxış edən "Zaqatala"nın qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 48-ci dəqiqədə Mirsayib Abbasov qonaqları hesabda önə keçirib.
57-ci dəqiqədə Roini İsmayılov tarazlığı bərpa edib. 10 dəqiqə sonra Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib. Mirsayib Abbasov 90+2-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
"Dənizçilər" 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək. Bu raundun görüşləri 1-2 fevralda gerçəkləşəcək.
"Zaqatala” – “Səbail” - 1:3
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 1100 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Rəhman İmami
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Roini İsmayılov, 7 (qeyri-idman hərəkəti); Rəhman Şabanov, 45 (hakimin qərarına etiraz); Elcan Şirinov, 57 (qeyri-idman hərəkəti); Osman Soltanov, 66 (qeyri-idman hərəkəti)
Qollar: Roini İsmayılov, 57 // Mirsayib Abbasov, 48, 90+2; Əfran İsmayılov, 67 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

