Premyer Liqanın cari mövsümündə bir ilk

7 Dekabr 2021 02:30 Səbail 523
Premyer Liqanın cari mövsümündə bir ilk

“Səbail”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu ilk sülhə 13-cü turda imza atıb.

Bu, paytaxt təmsilçisinin “Keşlə” ilə səfər matçına təsadüf edib – 2:2.

Bu, ölkə çempionatları tarixində 27-ci belə hadisədir ki, komandalardan biri ilk 12 turda heç-heçə etmir. Startdakı ən uzun seriya “Neftçi”yə məxsusdur.

Bakılılar 1992-ci ildə ilk heç-heçəsini 29-cu görüşdə edib. “Şəfa” isə 1997/98 mövsümündə ümumiyyətlə sülhə imza atmayıb. Paytaxt klubu 26 matç keçirib.

​“Keşlə” ilə səfər bərabərliyi “Səbail” üçün iki yubileylə əlamətdar olub. Komanda Premyer Liqada 25-ci heç-heçəsini edib.

Camal Araqonun uzatma dəqiqələrindəki qolu “Səbail”in Premyer Liqada 50-ci səfər topudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"