"Oynamaq üçün alışıb-yanıram" - Elşən Abdullayev

6 Dekabr 2021 23:00 Səbail 990
"Oynamaq üçün alışıb-yanıram" - Elşən Abdullayev

"Oyun bizim üçün çətin başladı. Öncə qapımıza penaldan qol vuruldu, ardınca ikinci yarının startındaca rəqib ikinci dəfə fərqləndi. Amma sonra komandamız xarakter göstərdi və yaxşı geridönüş oldu".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə" ilə oyunda bərabərə qalan (2-2) " Səbail"in yarımmüdafiəçisi Elşən Abdullayev deyib.

Təcrübəli oyunçu belə geridönüşün komandaya qarşıdakı oyunlarda da fayda verəcəyi qənaətindədir: "Bu nəticə özügvən baxımından komandamız üçün yaxşı oldu. İnanıram ki, belə nəticə növbəti matçlarda bizə inam, motivasiya vermiş olacaq".

Birvaxtlar ölkənin ən istedadlı yarımmüdafiəçilərindən sayılan Abdullayev, uzun müddətdir zədədən əziyyət çəkirdi. "Keşlə" ilə matç onun bu mövsüm meydana çıxdığı ikinci qarşılaşma oldu.

O, hazırkı vəziyyəti ilə bağlı isə bunları deyib: "Öz çıxışıma qaldıqda, hər bir futbolçu meydanda olmaq istəyir. Mən də oynamaq üçün alışıb-yanıram. Sonradan oyuna daxil oldum. Meydanda olmaq mənə xoş idi. Məşqlərdə daha çox çalışıram ki, daha çox şans qazanım. Düşünürəm ki, oynadıqca istənilən performansı göstərəcəm. Bununla həm komandama daha faydalı olaram, həm də karyera baxmından şəxsim üçün yaxşı olar. Maksimum irəli getmək yolunda çalışmaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"