"Köməksizik deyə, bizə qarşı belə ədalətsizlik etməlidirlər?" - Hirsindən "partladı"

6 Dekabr 2021 11:00 Səbail 880
"Köməksizik deyə, bizə qarşı belə ədalətsizlik etməlidirlər?" - Hirsindən "partladı"

"Açğı, mən başqa qərar verəcəklərini gözləmirdim, elə fikirləşdiyim də oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətləri Apellyasiya Arbitraj Tribunalı təmin etməyib.

Fransalı hücumçu Nikolas Raysel və baş məşqçi Aftandil Hacıyev, habelə klub barəsində qərarlar qüvvədə saxlanılıb. Qərar 30 gün ərzində tərəflərə göndəriləcək.

AFFA İntizam Komitəsi noyabrın 5-də Nikolas Rayseli 4, Aftandil Hacıyevi 5 oyunluq cəzalandırıb.

Buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə, 40 yaşlı mütəxəssisin isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə almaları səbəb olub. Klub hər iki şəxsə görə ümumilikdə 7200 manat cərimələnib.

A.Hacıyev başverənləri hakmlərin təcrübəsizliyi və futboldan uzaq olmaqları ilə əlaqələndirib:

"Onların çoxu vaxtilə futbol oynamayıb, futbolçu olmayıb. Odur ki, futbolçu və məşqçilərin meydançada nə hisslər keçirdiyini başa düşmürlər, nə hala düşdüklərini dərk etmirlər.

İstənilən məşqçi oyunun gedişində emosiyalara qapılır. Çünki o, 90 dəqiqə meydandakı oyunla yaşayır.

Mən Sumqayıtda hakimi təhqir etməmişəm. Oyunun protokolunda da onların ünvanına təhqiramiz ifadə işlətdiyim yazılmayıb. Araşdırıb, özünüz də örynə bilərsiz bunu.

Mən, sadəcə, komandamıza kobudluqla yanaşan hakim sözümü elə kobud formada demişəm. Əlavə heç nə deməmişəm və etməmişəm.

Təhqir başqadır, kobud söz başqa. Bir kobud ifadəyə görə 5 oyunluq cəza verərlər?

Həmkarlarımdan danışmaq istəmirəm, ancaq hamı görür ki, bizə qarşı ayrı-seçkiliyə yol verilir. Kimsə hakimi söyür, daha nələr edir, onlara 2 oyunluq cəza kəsirlər, mənə isə birdən-birə 5 oyun.

Bunun harası ədalətli qərar oldu onda? Köməksiz komandayıq deyə, bizə qarşı belə ədalətsizlik etməlidirlər?

İndiki hakimlər bir neçə il əvvəl Premyer Liqaya təyinat alsaydılar, oyunun əvvəlində fiti yerə atıb meydandan qaçardılar. Bunlar ovaxtkı çempionatı, məşqçiləri, futbolçuları görməyiblər.

Mən onlara məsləhət görürəm ki, özlərindən əvvəlki hakimlərin üzləşdiyi hadisələri araşdırsınlar, görsünlər, onlar nə əziyyət çəkiblər.

Biz robot deyilik, hər sözə görə belə ağır cəza verməzlər»,

Digər Xəbərlər
Xəbər Lenti