Kapitandan ETİRAF - "Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm"

4 Dekabr 2021 15:00 Səbail 617
Kapitandan ETİRAF - "Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm"

Cari mövsümün ən zəif göstəricələri “Səbail”ə aiddir.

Bayıl təmsilçisi geridə qalan 12 turda cəmi 9 xal toplayıb.

O da maraqlıdır ki, “dənizçilər” Premyer Liqanın heç-heçə etməyən yeganə iştirakçısıdır. Komandanın aktivində 3 qələbə, passivində 9 məğlubiyyət var.

Bu barədə Sportinfo.az-a danışan kapitan Rahid Əmirquliyev uğursuz çıxışın səbəbini tapa bilmədiklərini açıq etiraf edib:

"Qarabağ"ı udandan sonra hər şeyin daha yaxşı olacağını düşünürdük. Amma həmin oyundan sonra xal qazana bilmiri.

Düzdür, bəzi oyunlarda hakim səhvlərindən uduzduq. Ümumi götürəndə uda bilməməyimiz psixoloji mənfi təsir edir.

Turnir cədvəlində də sonuncu pilləyə düşmüşük. Uğursuzluğun nə ilə bağlı olduğunu bilmirəm. Bəzi oyunları pis də çıxış etmirik, amma sonda məğlub oluruq.

Qış fasiləsinə kimi olan 2 turda qələbə qazana bilsək, həm turnir cədvəlində önə çıxardıq, həm də komandanın durumu yaxşılaşardı".

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!