1 dəqiqəlik şans qazanan kapitan: “Bacara bilmədik, "Neftçi" qazanmağa layiq idi”

3 Dekabr 2021 17:40 Səbail 713
1 dəqiqəlik şans qazanan kapitan: “Bacara bilmədik, "Neftçi" qazanmağa layiq idi”

"Neftçi" ilə oyuna yaxşı hazırlaşmışdıq.

Artıq neçə turdu komanda "qara zolaq"dadır.

Ən azı, 1 xalla ayrılmağı istəyirdik. Təəssüflər olsun ki, bunu bacara bilmədik. "Neftçi" daha üstün oyunla, layiqli qələbə qazandı".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Komandanın dəyişməz simalarından olan kapitan son çempionla oyunda (0:1) 89 dəqiqə ehtiyatda qalmasına da aydınlıq gətirib:

"Əsas heyətdə yer almamağım sırf məşqçimizin qərarıdır. Hər hansı zədəm və ya problemim yoxdur. Biz də məşqçimizin verdiyi qərara hörmətlə yanaşırıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”