"Bizim üçün hər rəqib eynidir, sadəcə..."

1 Dekabr 2021 23:20 Səbail 484
"Bizim üçün hər rəqib eynidir, sadəcə..."

"Neftçi" ilə oyunda ən azı bir xal qazanmaq istəyirdik. Həm bizim, həm də rəqibin uğursuz seriyası vardı".

Bunu Sportinfo.az-a açıqlamasında "Neftçi"yə məğlubiyyəti (0-1) şərh edən "Səbail"in müdafiəçisi Cabir Əmirli deyib.

Sabiq "Neftçi"li oyunçu hər iki tərəfin fərqlənmək imkanı olduğunu bildirib. Bununla belə hesabın böyük olmamasında qapçıları Kamran Ağayevin rolunu xüsusi vurğulayıb: "Hər oyun bizə vacibdir. Turnir cədvəlində son pillədəyik və bu vəziyyəti düzəltmək istəyirdik. Hər iki tərəfin də qol imkanları oldu. Kamran Ağayevin oyununu xüsusi qeyd etmək istərdim. Bir neçə dəfə komandamızı real qoldan xilas etdi".

"Qarabağ" üzərində qazanılan qələbədən sonra Bayıl təmsilçisi hələ də özünə gələ bilmir. Həmin matçdan sonra baş tutan bütün qarşılaşmları "Səbail" meydanı məğlub tərk edib.

Əmirli bunu arxayınçılıq yox, sadəcə şanssızlıq kimi qiymətləndirib: "Qarabağ"la oyundan sonra komandamızda hər hansı arxayınçılıqdan söhbət gedə bilməz. Bizim üçün hər bir rəqib eynidir. Sadəcə bəzən istədiyimiz nəticələri ala bilirik, bəzən isə yox".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı