Premyer Liqa klubu avtobussuz qaldı, benzin pulunu güclə tapdı

30 Noyabr 2021 21:20 Səbail 3 693
Premyer Liqa klubu avtobussuz qaldı, benzin pulunu güclə tapdı

“Səbail” Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununa görə problem yaşayıb.

Belə ki, Bayıl təmsilçisi matçın keçirildiyi stadiona - “Bakcell Arena”ya gec yollanıb.

“Dənizçilər” start fitindən cəmi 40 dəqiqə əvvəl özünü arenaya yetirib. Bu üzdən komanda oyunqabağı normal məşq keçə bilməyib.

Niyə belə olsun? Problemin səbəbini izah edək. Deməli, “Səbail”in avtobusu yoxdur.

2016-cı il in yayında, AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev tərəfindən yaradılan klub bu müddətdə özünə nəqliyyat vasitəsi almayıb.

Kollektiv lizinqdən istifadə etməklə “ayağını yerdən götürür”. Bu dəfə isə həmin xidmətdən yararlanmaq problemə çevrilib.

Çünki klub tərəfdaşı olduğu şirkət qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyib, onlara çatası vəsaiti ödəməyib. Üstəlik, avtobusa benzinə tökməyə pul gec tapılmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti