"Neftçi"nin futbolçusu xəstəxanaya aparıldı – Nə problemi var?

28 Noyabr 2021 09:00 Səbail 413
"Neftçi"nin futbolçusu xəstəxanaya aparıldı – Nə problemi var?

“Neftçi”nin legioneri Mamadu Mbodjun barmaqları sınıb.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, “Səbail” üzərində 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XII tur matçından sonra seneqallı oyunçunun zədələndiyini söyləyib:

“Mbodjun iki barmağı qırılıb. Onu xəstəxanaya göndərdik. Durumunun necə olacağını müayinədən sonra biləcəyik”.

12 turda 20 xal toplayan “Neftçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti