"Neftçi"nin legioneri vurdu, Ağayevin qaşı çartladı: "Üzr istəməli idi, gülüb getdi"

28 Noyabr 2021 00:56 Səbail 844
"Neftçi"nin legioneri vurdu, Ağayevin qaşı çartladı: "Üzr istəməli idi, gülüb getdi"

Azərbaycan Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “Səbail” oyunundan sonra baş verən qalmaqala aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, qonaqların məşqçisi Vüqar Məmməd qapıçıları Kamran Ağayevlə rəqibin müdafiəçisi Mamadu Mbodj arasında yaşanan gərginliyə toxunub.

O, Mbodjun görüşdən sonra Kamrandan üzr istəməli olduğunu söyləyib:

“Epizoda yaxın idim. “Neftçi”nin futbolçusu Mamadu Mbodj həmin anda Kamrandan üzr istəməli idi. Çünki ayağını arxa tərəfə qaldırdı,

Kamranın qaş nahiyəsində çat əmələ gəldi. Amma həm gülümsədi, həm də dönüb getdi".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!